İlham Əliyev daha 2 fərman imzaladı
Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 23 oktyabr tarixli 497-VIIQD nömrəli Qanununun tətbiqi və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Mediaxeberleri.Az fərmanın mətnini təqdim edir: 1. Müəyyən edilsin ki: 1.1. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.8-1-ci və 3.10-1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.2. həmin Qanunun 3.2.8-1-ci və 3.10-1-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) nəzərdə tutulur. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 23 oktyabr tarixli 497-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin. 3. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 8 (I kitab), maddə 1174 (Cild I); 2025, № 7, maddə 652, № 11, maddə 1018; 2026, № 3, maddə 214, № 7 (I kitab), maddə 649; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 22 oktyabr tarixli 806 nömrəli Fərmanı) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin: 3.1. 1.1-ci bəndə “3.2.8-ci (hər iki halda),” sözlərindən sonra “3.2.8-1-ci,” sözləri, “3.10-cu (hər iki halda),” sözlərindən sonra “3.10-1-ci,” sözləri əlavə edilsin; 3.2. aşağıdakı məzmunda 1.12-1-ci bənd əlavə edilsin: “1.12-1. həmin Qanunun 3.2.8-1-ci və 3.10-1-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) nəzərdə tutulur;”. *** Prezident İlham Əliyev “Bir pəncərə” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb. Fərmanda deyilir: 1. “Bir pəncərə” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunub). 2. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Əsasnamənin 4-cü hissəsində qeyd olunan məlumatların ilkin mənbəyini formalaşdıran dövlət orqanları (qurumları) idxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin tam rəqəmsallaşdırılması məqsədilə, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təklifləri əsasında, altı ay müddətində sahibi və ya operatoru olduqları dövlət informasiya ehtiyatlarının və sistemlərinin təkmilləşdirilməsi və Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası ilə bağlı tədbirlər görsünlər. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.





















