İlham Əliyev fərman imzaladı
Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 23 oktyabr tarixli 497-VIIQD nömrəli Qanununun tətbiqi və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Mediaxeberleri.Az fərmanın mətnini təqdim edir: 1. Müəyyən edilsin ki: 1.1. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.8-1-ci və 3.10-1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.2. həmin Qanunun 3.2.8-1-ci və 3.10-1-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) nəzərdə tutulur. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 23 oktyabr tarixli 497-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin. 3. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 8 (I kitab), maddə 1174 (Cild I); 2025, № 7, maddə 652, № 11, maddə 1018; 2026, № 3, maddə 214, № 7 (I kitab), maddə 649; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 22 oktyabr tarixli 806 nömrəli Fərmanı) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin: 3.1. 1.1-ci bəndə “3.2.8-ci (hər iki halda),” sözlərindən sonra “3.2.8-1-ci,” sözləri, “3.10-cu (hər iki halda),” sözlərindən sonra “3.10-1-ci,” sözləri əlavə edilsin; 3.2. aşağıdakı məzmunda 1.12-1-ci bənd əlavə edilsin: “1.12-1. həmin Qanunun 3.2.8-1-ci və 3.10-1-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) nəzərdə tutulur;”.





















