Dəniz kənarı ilə gedən avtobusun hərəkət sxemi dəyişdirildi
537 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib. Bu barədə Mediaxeberleri.Az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, Novxanı-Pirşağı yolunda (Sahil küçəsi) aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Məhdudiyyət səbəbindən 537 nömrəli müntəzəm marşrutun hərəkəti 52-ci Bağlar, 13-cü Bağlar və 18-ci Bağlar küçələri ilə təşkil edilib. Qeyd edək ki, daha əvvəl sözügedən marşrutun yol əvəzinə dəniz kənarı ilə hərəkət etməsi ilə bağlı görüntülər yayılmışdı.
Oxunub: 14
Xəbəri paylaş
Paylaş:





















