Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Azərbaycan Andorraya qarşı: hesab açıldı - Canlı
  • MƏDƏNİ NARAZILIQ... - Yazıçı Anar kimdən kimə şikayət edir?
  • İran Zəngəzura hücuma hazırlaşır – Tehranda Ermənistan düşmən ölkə elan edildi
  • İcra başçısı ilə şəhid atası dalaşdı – VİDEO
  • Bakıda saxta "İvanovka" məhsulları istehsal edən sex bağlandı - FOTO
  • Bakıda bal yarmarkasının tarixi və yeri dəyişdirildi
  • Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir
  • 500 manat qazananın 300 manatı vergiyə gedəcək - Bu şəxslər üçün ŞOK QƏRAR
  • Yaxınları mərhumun bu vəsiyyətini yerinə yetirsə, günah qazanırlar – AÇIQLAMA
  • İcra başçısı vətəndaşın müraciəti ilə yerində tanış olub
  • Bakıda məşhur restorandakı yanğın söndürüldü - Foto/Video
  • Yeni tələb müəllimlərin narazılığına səbəb oldu - "Auditoriyada dərs keçmək özü işgəncədir"
  • Qara dənizdə yük gəmizi batdı: 12 Türkiyə vətəndaşı itkin düşdü
  • Bakıda obyekt yanır: bu yol bağlandı - Video
  • Azərbaycan–NATO tərəfdaşlığının hazırkı vəziyyəti müzakirə olunub
  • Ermənistanda saxlanılan Azərbaycan hərbçisinin cinayət işi məhkəməyə göndərilib
  • İşdən çıxarılan generala yeni vəzifə verildi
  • Dəniz kənarı ilə gedən avtobusun hərəkət sxemi dəyişdirildi
  • Minimum əmək haqqı 500 manat civarında olacaq
  • İlham Əliyev daha 2 fərman imzaladı
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

MƏDƏNİ NARAZILIQ... - Yazıçı Anar kimdən kimə şikayət edir?

  • Tarix: Bu gün, 22:42

Prinsiplər maraqlara qurban veriləndə belə olur…


“İqtisadiyyatımız inkişaf edir, ordumuz güclüdür, siyasətimiz düzgündür, amma mədəniyyətimiz o səviyyədə deyil”.

Bunu AYB sədri Anar Rzayev Milli Məclisin Mədəniyyət komitəsinin Bülbül Fondunda təşkil etdiyi ictimai dinləmədə bildirib.

“Mən hərdən baxıram xarici turistlərin danışdıqlarına, deyirlər ki, lülə-kabab dadlıdır, şəkərbura ondan da dadlıdır. Azərbaycan bu deyil axı! Azərbaycanı elə edək ki, turistlər muzeylərimizin qarşısında dayansınlar, bizim kitablarımızı oxusunlar”, - deyə Anar Rzayev qeyd edib.

Qocaman yazıçımızın iradını bölüşməmək olmur. Azərbaycan doğrudan da lülə-kababdan və şəkərburadan, ümumiyyətlə, mətbəxdən ibarət deyil və mədəniyyətimizdə, eləcə də Anarın demədiyi elm, təhsil və bir çox digər sahələrimizdə vəziyyət, yumşaq desək, heç də əla deyil…

Lakin maraqlıdır, görəsən, hörmətli yazıçımız kimdən kimə şikayət edir?

Azərbaycan Prezidenti haqlı olaraq son çıxışılarının birində demişdi ki, “İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir”.

O da məlumdur ki, mədəniyyət ideologiyanın tərkib hissəsidir və bu sahədəki boşluqlar sözsüz ki, gələcəyimiz üçün ciddi təhlükələr yaradır.

Bəs yazıçı Anarın sonuncu dəfə mədəniyyətimiz, incəsənətimiz, teatrımız, kinomuz, televiziyalarımız və s. barədə hansı çıxışına, məqaləsinə, tənqidinə, çağırışına və bütün bu problemlərin həlli ilə bağlı təklifinə - bir sözlə, açıq, cəsarətli ziyalı mövqeyinə rast gəlmisiniz?

Təəssüf ki, son illər Anarın adına bir çox hallarda ya Yazıçılar Birliyinin hansısa qurultayında, ya ev bölgüsü ilə bağlı qalmaqallı xəbərlərdə, ya da başqa yazıçılarla, şairlərlə qarşılıqlı ittihamlarda, dedi-qodularda rast gəlmişik. “Beşmərtəbəli evin altıncı mərtəbəsi” ilə bir yerə qədər getmək olar, bəs oradan o tərəfi necə olsun? Göydələnlər dövründə 6-cı mərtəbədə ilişib qalmaq və sonra da mədəniyyətin geri qalmasından şikayət etmək bir ziyalını o qədər də cəlbedici etmir...

Əsil ZİYALI ACLIĞI yaşayan toplumun, xüsusilə də sovetlərdən müstəqilliyə bütöv bir keçid dövrünü təmsil edən Anar və onun kimi digər yazıçılardan, ziyalılardan, elm və mədəniyyət xadimlərindən gözləntiləri, istəyi tamamilə başqadır.




Bu keçid dövründə xüsusilə mədəniyyət sahəsində Rəşid Behbudovun, Şövkət Ələkbərovanın xalq artstliyindən Röyanın, Miri Yusifin xalq artistliyinə, Tofiq Quliyevin, Elza İbrahimovanın bəstəkarlığından Elza Seyidcahanın bəstəkarlığına, İsi Məlikzadə, Əli Kərim ədəbiyyatından filankəs “qaraçuxurlu”, beşmənkəs “nasosnu” meyxanasına xoşagəlməz bir keçid etdik. Əbülfəs Qarayev kimi Kukla Teatrından belə korrupsiya cinayəti çıxan Mədəniyyət naziri gördük…

Onun və onun kimilərin fəaliyyətinin, eləcə də bütünlükdə ziyalı biganəliyinin nəticəsidir ki, bu gün “ictimai rəy liderləri” ya aşpaz, səyahət, şou, dedi-qodu bloqerləri, ya da adını “jurnalist”, “bloqer” qoyub çığır-bağırla millətin arasına nifaq, məzhəbçilik, hətta regionçuluq salan – kişi kimi danışan qadınlar və qadın kimi danışan kişilərdir. Kimsə deyə bilər ki, bu, təkcə Azərbaycana aid tendensiya deyil, bütün dünyada zövqlər, tələblər, baxışlar dəyişir. Bəli, elədir. Amma bizim cəmiyyətin böyük hissəsi hələlik o qədər zövqsüz, savadsız, bərbad vəziyyətdə deyil ki, onun “ictimai rəy liderləri” yuxarıda bəhs etdiyimiz “qəhrəmanlar” olsunlar. Sadəcə, meydan bilərəkdən, yaxud bilmədən belələrinin ixtiyarına verilib və bu vəziyyətin yaranmasında maddi təminatlarını digər dəyərlərin üzərinə çıxaran ziyalıların - “kollektiv Anar”-ın məsuliyyəti olduqca yüksəkdir…



Azərbaycan ədəbiyyatının hələ SSRİ-nin ən kəskin dövrlərində Məmməd Araz, Bəxtiyar Vahabzadə, Mirzə İbrahimov və digər çoxsaylı təmsilçiləri olub ki, öz şəxsiyyətlərilə seçiliblər, Azərbaycan insanının səsini, ruhunu, mövqeyini, fikrini, ən yüksək mərtəbələrə və dünyaya çatdırıblar. İndi belə nümunələr nə qədərdir?

Bu günlərdə Azərbaycana gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, 15-20 il əvvəl də ölkəmizə səfərində Bəxtiyar Vahabzadənin şeirlərini deyirdi, bu gün də onun misralarını deyir. Niyə? Ədəbiyyatımız daha bu cür şairləri, yazıçıları, ideya adamlarını yetişdirə bilmirmi? Bilmirsə, niyə bilmir, yox, bilirsə, niyə onlar üzə çıxarılmır?

Əlbəttə, iddia etmək olmaz ki, ədəbiyyatımızın vəziyyətinin ölçü vahidi məhz bu səfərlərdə deyilən şeirlər olmalıdır. Xeyr. Lakin bunsuz da vəziyyət ortadadır – insanlarımızın inandığı, səmimi olaraq millət, xalq təəssübkeşliyi gördüyü, sözünə, fikrinə, mövqeyinə hörmət etdiyi yazıçılar, şairlər, eləcə də elm və mədəniyyət xadimləri – bir sözlə ziyalılar barmaqla sayılacaq qədər azdır.

Bəli, Anar, əslində, əvvəldə qeyd etdiyimiz mədəniyyətlə bağlı fikirlərində tamamilə haqlıdır. Lakin kənara çəkilib ayda-ildə bir dəfə həqiqətə bənzəyən nəsə deməklə iş bitmir. Hətta sınmış, əqrəbləri dayanmış saat belə, gündə iki dəfə vaxtı düz göstərir. 

Odur ki, ziyalılarımızın həqiqətləri daha tez-tez dilə gətirməsi, problemləri və onlardan çıxış yollarını göstərməsi lazımdır. Bunları zamanında etmədiyiniz üçün bu gün mədəniyyətin vəziyyətindən şikayətlənməyə də dəymir, Anar müəllim. Çünki prinsiplər maraqlara qurban veriləndə belə olur…

Elxan Qüdrətoğlu

“AzPolitika.info” 


Oxunub: 14
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 22:45 | Azərbaycan Andorraya qarşı: hesab açıldı - Canlı
    Bu gün, 22:42 | MƏDƏNİ NARAZILIQ... - Yazıçı Anar kimdən kimə şikayət edir?
    Bu gün, 20:31 | İran Zəngəzura hücuma hazırlaşır – Tehranda Ermənistan düşmən ölkə elan edildi
    Bu gün, 20:26 | İcra başçısı ilə şəhid atası dalaşdı – VİDEO
    Bu gün, 18:06 | Bakıda saxta "İvanovka" məhsulları istehsal edən sex bağlandı - FOTO
    Bu gün, 18:04 | Bakıda bal yarmarkasının tarixi və yeri dəyişdirildi
    Bu gün, 18:02 | Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir
    Bu gün, 17:19 | 500 manat qazananın 300 manatı vergiyə gedəcək - Bu şəxslər üçün ŞOK QƏRAR
    Bu gün, 17:17 | Yaxınları mərhumun bu vəsiyyətini yerinə yetirsə, günah qazanırlar – AÇIQLAMA
    Bu gün, 16:54 | İcra başçısı vətəndaşın müraciəti ilə yerində tanış olub
    Bu gün, 16:44 | Bakıda məşhur restorandakı yanğın söndürüldü - Foto/Video
    Bu gün, 16:21 | Yeni tələb müəllimlərin narazılığına səbəb oldu - "Auditoriyada dərs keçmək özü işgəncədir"
    Bu gün, 16:19 | Qara dənizdə yük gəmizi batdı: 12 Türkiyə vətəndaşı itkin düşdü
    Bu gün, 16:07 | Bakıda obyekt yanır: bu yol bağlandı - Video
    Bu gün, 14:57 | Azərbaycan–NATO tərəfdaşlığının hazırkı vəziyyəti müzakirə olunub
    Bu gün, 14:42 | Ermənistanda saxlanılan Azərbaycan hərbçisinin cinayət işi məhkəməyə göndərilib
    Bu gün, 14:30 | İşdən çıxarılan generala yeni vəzifə verildi
    Bu gün, 14:28 | Dəniz kənarı ilə gedən avtobusun hərəkət sxemi dəyişdirildi
    Bu gün, 14:14 | Minimum əmək haqqı 500 manat civarında olacaq
    Bu gün, 14:13 | İlham Əliyev daha 2 fərman imzaladı
    Bu gün, 14:12 | "Traktor"un oyunu ən çox izlənilən 2-ci matç oldu
    Bu gün, 13:18 | “Dövlət qulluğu sertifikatı"nın qüvvədəolma müddəti 5 ildən 2 ilə endirilir
    Bu gün, 13:17 | Müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edilib
    Bu gün, 13:13 | Noyabrın 17-də hava belə olacaq
    Bu gün, 13:11 | Bakı metrosunda ölüm
    Bu gün, 12:49 | Qədəşovun kürəkəninə 11 il həbs - “Atlant” müsadirə edildi
    Bu gün, 12:47 | Prezident Dövlət Qulluğu Məcəlləsini təsdiqləyib
    Bu gün, 12:41 | Qazi faciəvi şəkildə öldü
    Bu gün, 12:39 | İlham Əliyev fərman imzaladı
    Bu gün, 12:37 | 25 iş günü, 11 min dollar maaş – Azərbaycanda iş elanı
    Bu gün, 11:50 | Gürcüstan kilsələrinə qazı müftə verən Azərbaycanda: MƏSCİDİN QAZI KƏSİLDİ... - Naxçıvan dindarları GİLEYLƏNİR
    Bu gün, 07:44 | “Başı ağrıyırmış, bacısına deyib hamama gedib” - VİDEO
    Bu gün, 07:42 | Pul axını başladı: Bu həftə varlanacaq BÜRCLƏR
    Bu gün, 07:38 | Millətlər Liqası: Türkiyə Fransaya məğlub oldu
    Bu gün, 07:36 | Hörmüzdə daha bir tanker minaya düşdü
    Bu gün, 02:06 | Ağstafada sursatın partlaması nəticəsində həlak olan şəxsin FOTOSU
    Bu gün, 01:53 | Fransa Türkiyəni məğlub etdi
    Bu gün, 00:00 | Bakıda yaşayış binasının zirzəmisi çirkab içindədir: "İllərdir bu vəziyyətdəyik" - Video
    Dünən, 20:43 | Niyazi Bayramov YOL ÜSTÜNDƏ - İLK "ATƏŞİ" DEPUTAT AÇDI
    Dünən, 20:05 | Ağstafada partlayış nəticəsində xəsarət alan şəxsin son vəziyyəti açıqlandı
    Dünən, 18:30 | Küləyin sürəti 27 m/s-ə çatıb - Faktiki hava
    Dünən, 17:50 | Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı
    Dünən, 17:10 | “Ağstafa Gəncləri” və “Marafon”dan darmadağın - VİDEO
    Dünən, 16:37 | Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib - Foto
    Dünən, 15:36 | Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi
    Dünən, 14:37 | Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın - Video
    Dünən, 14:02 | Həftənin ilk iş günü qar yağacaq
    Dünən, 14:00 | Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
    Dünən, 13:59 | Azərbaycanda həkim vəfat etdi
    Dünən, 13:42 | Bu dəfə general qızı onu məhkəməyə verdi
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.