Salah Misir millisində rekorda imza atdı
Misir millisinin hücumçusu Məhəmməd Salah yığmanın tarixində ən çox qol vuran futbolçu adına sahib çıxıb. Mediaxeberleri.Az Teleqraf-a istinadla xəbər verir ki, 34 yaşlı forvard bu uğura Afrika Millətlər Kubokunun seçmə mərhələsində Malavi ilə keçirilən qarşılaşmada nail olub. Misir yığmasının 5:0 hesablı qələbəsi ilə başa çatan görüşdə Salah iki dəfə fərqlənib. O, 84-cü dəqiqədə və əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Bununla da hücumçunun milli komandanın heyətində vurduğu qolların sayı 70-ə yüksəlib. 123 oyunda bu nəticəyə çatan Salah 176 matçda 69 qol vuran Hüssam Həsəni geridə qoyub. Qeyd edək ki, Salah 2017-ci ildən 2026-cı ilin yayına qədər İngiltərənin "Liverpul" klubunda çıxış edib. O, mersisaydlıların heyətində 442 matçda 257 qol vurub və 123 məhsuldar ötürmə verib.





















