Polad Həşimovun anasının vəziyyəti ilə bağlı xəbər var
Milli Qəhrəman general-mayor Polad Həşimovun səhhətində problemlər yarandığına görə bir neçə gün öncə xəstəxanaya yerləşdirilən anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Mediaxeberleri.Az-ın məlumatına görə TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, 1949-cu il təvəllüdlü pasiyentin müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasında davam etdirilir. “Hazırda pasiyentin ümumi vəziyyəti stabildir. Müalicəsi və səhhətinin dinamik müşahidəsi həkim nəzarəti altında davam etdirilir”, - məlumatda vurğulanıb.
Oxunub: 18
Xəbəri paylaş
Paylaş:





















