Millimiz Lixtenşteynə qalib gəldi
Azərbaycan futbol millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində son oyununu keçirib. Mediaxeberleri.Az xəbər verir ki, D Liqasının 2-ci qrupunda mübarizə aparan yığmamız səfərdə Lixtenşteynlə qarşılaşıb. Vaduts şəhərindəki “Reynpark” stadionunda keçirilən görüş yığmamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da, yığmamız qrupun son oyununun nəticəsindən asılı olmayaraq, qrupu birinci yerdə başa vurub. Əlavə edək ki, yeni mövsümdən etibarən Millətlər Liqasında D Liqası ləğv olunacaq. Odur ki, Azərbaycan millisi də daxil olmaqla, bu liqada yarışan bütün komandalar növbəti mövsüm UEFA Millətlər Liqasının yeni formatda keçiriləcək C Liqasında mübarizə aparacaqlar. 13 noyabr Lixtenşteyn - Azərbaycan - 0:1 Qol: Mahir Emreli, 26 Baş hakim: Kristo Tohver (Estoniya) “Rheinpark” stadionu, Vaduz






















