Xalq artisti onların pensiya yaşı ilə bağlı narazılığını bildirdi
İstərdim ki, ziyalılar Mədəniyyət Nazirliyindən uzaq olmasın. Hər hansı layihə ilə bağlı, məsələn, xaricdə tədbir keçirmək nəzərdə tutulursa, gəlin, məsləhətləşin. Mediaxeberleri.Az Teleqraf-a istinadla xəbər verir ki, bunu Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda ictimai müzakirədə deyib. O qeyd edib ki, Mədəniyyət Nazirliyinin fəaliyyətində maliyyə problemləri də nəzərə alınmalıdır. "Müzakirələrdə Maliyyə Nazirliyinin nümayəndəsinin də iştirak etməsi vacibdir. Maliyyə Nazirliyinin nümayəndələri teatra və konsertlərə çox nadir hallarda gedirlər. Baletlə bağlı pensiya məsələsi həll olunmur. 55 yaşında insan balet oynaya bilərmi? Belə elementar məsələlər var və bu problem hələ də qalır”, - rektor bildirib.





















