Türkiyəli "mafiya babası" Azərbaycanda saxlanıldı
Türkiyə “Barış Boyun” cinayət qruplaşmasının liderlərindən sayılan Mehmet Rəcəb Dəmir Azərbaycanda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Türkiyə mediasının məlumatında deyilir. Bildirilib ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğu beynəlxalq arenada fəaliyyət göstərən və ictimaiyyətdə “Barış Boyun Cinayətkar Qruplaşması” olaraq tanınan silahlı cinayətkar qruplaşmaya qarşı istintaqı davam etdirir. İstintaq çərçivəsində qruplaşmanın rəhbəri sayılan və barəsində 48 axtarış qərarı çıxarılan Mehmet Rəcəb Demir ölkəmizdə ələ keçib. Demir Azərbaycanda dövlət sərhədini qanunsuz keçdiyinə görə həbs edilib. Demirin Türkiyəyə ekstradisiyası üçün Azərbaycanın məhkəmə orqanlarına müvafiq sorğu göndərilib.





















