Bakıda kafedə insident: saxlanılanlar var - Rəsmi
Bakının Nərimanov rayonunda kütləvi dava zamanı 3 nəfər xəsarət alıb. Mediaxeberleri.Az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Böyükşor ərazisində, Dərnəgül taxta bazarının yaxınlığında baş verib. Belə ki, 1998-ci il təvəllüdlü Sərvan Məsimov, 1996-cı il təvəllüdlü Raqif Rəhimov və 1996-cı il təvəllüdlü Ravin Xəlilov dava zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Məlumata görə, Sərvan Məsimov və Raqif Rəhimov bıçaqlanıb. Ravin Xəlilov isə döyülərək xəsarət alıb. Yaralılardan ikisi Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Vəziyyəti ağır olan Raqif Rəhimov isə Akademik M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə aparılıb. Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. Davanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. *** Bakının Nərimanov rayonunda baş verən kütləvi davanın bəzi təfərrüatları məlum olub. Tərəflər arasında mübahisənin qız üstündə düşdüyü bildirilir. Məlumata görə, baş verən olayda adı keçən 6 nəfər Nərimanov rayonu ərizisində yerləşən "Dalğa" otelə gediblər və orada işləyən xanımın üstündə mübahisə ediblər. Onların mübahisəsi əlbəyaxa davaya çevrilib və sonda iki nəfər bıçaqlanıb, biri isə döyülüb. *** Paytaxtın Nərimanov rayonunda kafelərin birində baş verən insidentlə bağlı polis tərəfindən əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. Hadisəni törədən şəxslərdən bir neçəsi saxlanılıb, digər 3 nəfərin də şəxsiyyəti müəyyən olunub. Onların saxlanılması istiqamətində polis tərəfindən zəruri tədbirlər görülür. Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir. Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən təsdiqləyiblər.





















