Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
Ozan Kabak Türkiyə millisinin düşərgəsindən ayrılıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, müdafiəçi ötən gün Belçika ilə keçirilən oyunda (1:2) sarı vərəqə aldığı üçün cəzalı duruma düşüb. "Hoffenhaym"ın 26 yaşlı futbolçusu bu səbəbdən Fransa ilə oyunu buraxacaq. Qeyd edək ki, Fransa – Türkiyə görüşü noyabrın 15-də keçiriləcək. Türkiyə yığması 5 turdan sonra xalsızdır və A Liqasının qrupunda sonuncudur.
Oxunub: 10
Xəbəri paylaş
Paylaş:





















