"Zirə" son dəqiqələrdə qələbə qolunu vurdu
Misli Premyer Liqasının XI turunda "Şəfa" "Araz-Naxçıvan" komandası ilə üz-üzə gəlib. Mediaxeberleri.Az xəbər verir ki, autsayderlərin qarşılaşmasında bərabərlik qeydə alınıb – 2-2. "Şəfa" 5 xalla turnir cədvəlində onbirinci sırada yer alır. 4 xalı olan "Araz-Naxçıvan" isə sonuncu - onikincidir. Qeyd edək ki, turun ötən gün keçirilən matçlarında "Turan Tovuz" "Qarabağ"ı, "Neftçi" isə "Kəpəz"i 1-0 hesabı ilə məğlub edib. *** Günün ikinci matçında "Zirə" "Qəbələ"ni qəbul edib. Zirə İdman Kompleksinin stadionundakı qarşılaşma “Zirə”nin qələbəsi ilə başa çatıb - 2:1. Meydan sahiblərinin heyətində 11-ci dəqiqədə Davit Volkov, 89-cu dəqiqədə Kris Diqbeu fərqlənib. Qonaqlardan 14-cü dəqiqədə İsmael Akinade qol vurub. Qələbə sayəsində xallarının sayını 19-a çatdıran "Zirə" beşinci pillədə qərarlaşıb. "Qəbələ" 8 xalla onuncudur.





















