"İmişli" "Şamaxı"nı məğlub etdi, "Sabah" "Qarabağ"ı qəbul edir
Bu gün Misli Premyer Liqasında 9-cu tura yekun vurulacaq. Mediaxeberleri.Az son oyun gününə nəzərdə tutulan iki matçdan biri artıq başa çatıb. Əvvəlcə Yevlax şəhər stadionunda "İmişli" "Şamaxı"nı qəbul edib. Görüş "İmişli"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Turun mərkəzi qarşılaşması olan "Sabah" - "Qarabağ" oyunu da bu günə təsadüf edir. Hazırda "Sabah" 19 xalla lider, "Qarabağ" isə 17 xalla 3-cüdür. Hər iki komanda 7 oyun keçirib. Bu görüş çempionluq uğrunda mübarizə aparan hər iki komanda üçün olduqca əhəmiyyətlidir. 25 oktyabr (bazar) 15:00. “İmişli” – “Şamaxı” - 2:1 Qol: Dioqo Almeyda, 17 (1:0),Abdullahi Şuaybu, 65 (1:1), Seyxan Fərəcov, 90-pen. (2:1) 18:00. “Sabah” – “Qarabağ” Turun digər nəticələri “Neftçi” - “Turan Tovuz” - 1:1 “Şəfa” - “Kəpəz” - 1:2 “Araz-Naxçıvan” - “Qəbələ” - 1:2 “Zirə” - “Sumqayıt” - 3:2 Bombardirlər: Breno Almeyda ("Neftçi") - 8 qol Coy-Lens Mikels ("Sabah") - 5 qol Aleksey Kaşuk ("Qarabağ") - 4 qol
Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Kərim Zeynalov, Ruslan Quliyev, Əliyar Ağayev (VAR), Akif Əmirəli (AVAR)
Yevlax şəhər stadionu
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Emin Əliyev, Kamranbəy Rəhimov (VAR), Teymur Teymurov (AVAR)
Mərdəkan.“Dalğa Arena”





















