Millimizdən dünya çempionatında böyükhesablı qələbə
Futbol üzrə Azərbaycan U-15 millisi Bakıda keçirilən dünya çempionatına qələbə ilə start verib. Mediaxeberleri.Az xəbər verir ki, yığmamız ilk oyununda Şərqi Timor millisi ilə qarşılaşıb. Azərbaycan komandası rəqibini 6:0 hesabı ilə məğlub edib. Milli komandamız növbəti oyunlarını oktyabrın 25-də keçirəcək. Rəqiblər Andorra (saat 12:45) və Avstraliya (saat 19:30) milliləri olacaq. Qeyd edək ki, bu gün start götürən dünya çempionatı oktyabrın 30-dək davam edəcək.
Oxunub: 30
Xəbəri paylaş
Paylaş:





















