“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
Xalq artisti Röya Ayxan ikinci dəfə ailə qurmaq və ana olmaq barədə sualları cavablandırıb. Mediaxeberleri.Az xəbər verir ki, müğənni bu barədə "Fruktoviy çay" yutub layihəsində danışıb. Röya başqa bir kişidən ikinci dəfə övlad dünyaya gətirməyin tərəfdarı olmadığını bildirib: "Heç vaxt ikinci dəfə ana olmaq istəmirəm. Başqa kişidən uşaq dünyaya gətirmərəm. Ümumiyyətlə, belə şeylərin əleyhinəyəm. Uşağın bir atası olar, o da öz atası. Uşaq öz ailəsini tanımalıdır. Zarafatla deyirəm ki, ərə getmək... Zarafatsız ərə getsəm belə, uşaq dünyaya gətirmərəm. Hüseynin qanını təzələmərəm, dəyişmərəm, qarışdırmaram". (Axşam.az)
Oxunub: 32
Xəbəri paylaş
Paylaş:





















