Azərbaycanın U-15 millisi dünya çempionatında növbəti qələbəsini qazandı
Azərbaycan millisi Bakıda keçirilən U-15 dünya çempionatı və festivalında növbəti qələbəsini qazanıb. Mediaxeberleri.Az xəbər verir ki, Famil Xəlilovun baş məşqçi olduğu komanda Andorra ilə üz-üzə gəlib. Hövsan Yarış Kompleksində keçirilən görüş Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yığma bu gün növbəti matçını saat 19:30-da Avstraliya komandasına qarşı keçirəcək. Azərbaycan millisi Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatında bu gün növbəti oyunlarını keçirəcək. Mediaxeberleri.Az xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv eyni gündə iki matça çıxacaq. Yığma əvvəlcə saat 12:45-də Andorra ilə üz-üzə gələcək. Növbəti rəqib isə Avstraliya millisi olacaq. Həmin qarşılaşma saat 19:30-da başlayacaq. Hər iki oyun Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq. Xatırladaq ki, Azərbaycan millisi mundialdakı ilk oyununda ötən gün Timor-Leste yığmasına 6:0 hesabı ilə qalib gəlib. Qeyd edək ki, FIFA U-15 dünya çempionatı və festivalına oktyabrın 30-da yekun vurulacaq.





















