Prezident sərəncam imzaladı
Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Mediaxeberleri.Az sərəncamən mətnini təqdim edir: 1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradılsın. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. Gəncə Memorial Kompleksinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsinin Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilməsini təmin etsin; 2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Oxunub: 29
Xəbəri paylaş
Paylaş:





















