Kürdəmirdə ağır qəza: Xəsarət alanlar var
Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Mediaxeberleri.Az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı "Mercedes" markalı avtomobil "KamAZ" markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində dörd nəfər xəsarət alıb. Onlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 29
Xəbəri paylaş
Paylaş:





















