“Sabah” – “Barselona” oyununun biletləri satışa çıxarıldı - 15-1500 manat...
“Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində İspaniyanın “Barselona” klubu ilə keçirəcəyi ev oyununun biletləri satışa çıxarılıb. Bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Biletlərin qiymətləri 15-1500 manat arasında dəyişir. Biletləri iticket.az saytından əldə etmək mümkündür. Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.
Oxunub: 29
Xəbəri paylaş
Paylaş:





















