Azərbaycanda COVID yayılır - Ginekoloqdan xəbərdarlıq
“Əziz hamilələr, diqqətli olun! COVID və qrip yenidən yayılıb". Bu çağırışı ginekoloq Günel Ziyadova edib. Həkim insanlara qrip əlamətləri olan şəxslərlə təmasdan çəkinməyi və peyvənd olunmağı tövsiyə edib. G.Ziyadova qeyd edib ki, Amerika Mamalıq və Ginekologiya Kollecinin (ACOG) 2026-cı il üçün tövsiyələrinə əsasən, hamilələr inaktivləşdirilmiş qrip peyvəndi ilə yanaşı, COVID əleyhinə peyvənd də oluna bilərlər: "Nə qrip, nə də COVID peyvəndlərinin hamiləlik dövrü üçün heç bir zərəri yoxdur. Əksinə, hamiləlik zamanı immun sistemində baş verən dəyişikliklər səbəbindən bu infeksiyaları daha ağır keçirə bilərsiniz. Nəticədə xəstəxanaya yerləşdirilmə zərurəti yarana, hətta vaxtından əvvəl doğuş baş verə bilər".
Oxunub: 29
Xəbəri paylaş
Paylaş:





















