Türkiyə millisinin baş məşqçisi bəlli oldu – Rəsmi
Sərgən Yalçın Türkiyə millisinin baş məşqçisi təyin olunub. Mediaxeberleri.Az xəbər verir ki, 53 yaşlı mütəxəssis bu barədə yerli mətbuata açıqlamasında deyib. S.Yaıçın bunun çox vacib vəzifə olduğunu bildirib: "Milli komanda hər şeydən üstündür. Bu, hər mütəxəssisin arzuladığı vəzifədir. Xalqın baş məşqçisi olmaq gözəl hissdir. Mənim üçün isə qürurvericidir. Hər kəsin dəstəyi ilə milli komandanı uğurlu yol gözləyir. İctimaiyyətin yenidən bu kollektiv ətrafında birləşməsini təmin edəcəyik". O, anlaşmanın 4 illik olduğunu söyləyib. Xatırladaq ki, Sərgən Yalçın son olaraq "Beşiktaş"ın baş məşqçisi olub.
Oxunub: 33
Xəbəri paylaş
Paylaş:





















