Aqil Babayevin anasından təsirli müraciət: Oğlumun işi qərəzsiz araşdırılsın, mütəşəkkil dəstə məsuliyyətə cəlb olunsun
Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi 1C, mənzil 1 ünvanında yaşayan Babayeva Həvvanisə Mirzə qızı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinə, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sədri, cənab Ramin Məmmədova müraciət edib. Müraciət müəllifi bildirir ki, oğlum Babayev Aqil Zalış oğluna qarşı Natiq Sadıqov və onun başçılıq etdiyi mütəşəkkil cinayətkar dəstənin planladığı cinayət nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Nağıyev küçəsi, ev 32B ünvanında törədilən cinayət hərəkətləri, həmin ünvanda bağ evimizdən külli miqdarda qızıl-zinət, külli miqdarda pul vəsaitləri və ABŞ dolları və Avro ilə müxtəlif miqdarlarda vəsaitlərinin quldurluq yolu ilə ələ keçirilməsi, Oğlum Aqil Babayevə fiziki zor tətbiq etməklə onu köməksiz vəziyyətdə saxlamaqla azadlığını məhdudlaşdıraraq qanunsuz təcrid etmələri, bundan başqa hadisənin törədildiyi günün gecə saatlarında onun mobil telefonundan istifadə edərək və Aqilin adıından həyat yoldaşı ilə yazışma apararaq, etibarını süni formada qazanaraq yaşadığımız Bakı şəhəri, Xətai rayonu, Rahim Məmmədov 1C ünvanında yerləşən mənzilimizə daxil olaraq xüsusi ilə külli miqdarda qızıl-zinət əşyalarını, 9 (doqquz) milyon manat pulun, 4 (dörd) yaşayış mənzilinin sənədlərini ələ keçirilməsi, eyni zamanda külli və xüsusi ilə külli miqdarda adı çəkilən yaşayış mənzilimizdən ABŞ dolları və Avronun oğurlanması, həyat yoldaşının 2 aylıq körpəsi ilə quldurluğa məruz qalması, bundan əlavə xüsusi mülkiyyəti olan “Shaurma №1” MMC-nin cinayətkar qruplaşma tərəfindən ələ keçirilməsi, habelə onların törətdikləri bu cinayətkar əməlləri ifşa edilməsinin qarşısının alınması üçün oğlum Aqil Babayevin əsassız olaraq həbsə aldırmalarına dair müvafiq qurumların tədbir görməsi vacibdir. Müraciətdə deyilir: Hörmətlə, Babayeva Həvvanisə Mirzə qızı”
“Sizin nəzərinizə çatdırıram ki, oğlum Babayev Aqil Zalış oğluna və ailəmizə qarşı Natiq Sadıqovun rəhbərlik etdiyi mütəşəkkil cinayətkar qruplaşmadan ibarət şəxslər əvvəlcədən tərtib etdikləri plana uyğun olaraq8i İyun 2021-ci il tarixində, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi M.Nağıyev küçəsi ev 32B ünvanında, daha sonra Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi ev 1C ünvanında cinayətkar hərəkətlər törətməklə, xüsusi külli miqdarda pulumuzu, əmlaklarımızı, xüsusi mülkiyyətimizə aid 4 mənzilimizin sənədlərini, bundan başqa külli miqdarda qızıl və zinət əşyalarımızı, eyni zamanda ABŞ və Avro əskinazı ilə xüsusi külli miqdarda pul vəsaitini talama, quldurluq yolu ilə ələ keçirmişdir.
Son 5 ilə yaxın müddətdə oğlum həm istintaq, həm də məhkəmə prosesləri dövründə ağlasığmaz dərəcədə təzyiqlərə məruz qalmış, cinayətkar dəstənin yüksək vəzifələrdə olan həvadarlarının köməyi ilə işlərin qanuni gedişatına müdaxilə edərək, oğlum özünü müdafiə hüquqnundan məhrum olunmuşdur. Nəticədə də qanunsuz şəkildə çıxarılmış məhkəmə qərarı ilə hal hazırda 9 saylı çəzaçəkmə müəssisəsində həbs həyatı yaşayır.
Mütəşəkkil cinayətkar dəstənin rəhbəri olan Natiq Sadıqov oğlumla şəriklik əsasında “Shaurma №1” restoranlar şəbəkəsini işlətmiş, gəlirlər hər ay bölünsədə, Natiq Sadıqov tamamilə “Shaurma №1” obyektinin hüquqlarının və qazancını tək əldə etmək məqsədi ilə oğlum Aqil Babayevin həbsi üçün öz həvadarlarının dəstəyi ilə buna nail olmuş və həmən cinayət əməlini törətmək üçün mütəşəkkil dəstə yaratmış, onları hüquq mühafizə orqanlarında məzlum və zərərçəkmiş kimi göstərərək Aqil Babayevi isə təqsirkar olmasını süni şəkildə formalaşdıraraq, oğlum barəsində həqiqətə uyğun olmayan, böhtan xarakterli və cəmiyyətdə ona qarşı mənfi rəy formalaşdırmağa xidmət edən müxtəlif iddiaları qəsdən yaymışdır.
Xüsusilə, onun guya özünü “12-ci imam” kimi təqdim etməsi barədə əsassız iddialar irəli sürülmüş, bu cür məlumatlardan istifadə etməklə onun dini baxışları və şəxsiyyəti ətrafında qərəzli təsəvvür yaratmaqla biznesmen fəaliyyətinə və nüfuzuna xətər yetirərək, “”Shaurma №1” restoranlar şəbəkəsinin sahibi olması faktınıgizlətməyə yönümlübir vasitə kimi istifadə edərək cəhd göstərmişlər.
Mənim oğlum cinayətkar deyil, heç vaxt kimisə aldatmamış, kiminsə mülkiyyətini ələ keçirməmişdir.
Natiq Sadıqov və onun rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstə yalnız ailəmizə və oğlum Aqil Babayevə qarşı deyil, həmçinin müxtəlif dövlət qurumlarını və vəzifəli şəxsləri qəsdən yanlış məlumatlandırmaqla onları aldatmağa nail olmuş, saxta və təhrif edilmiş məlumatlar əsasında qərarların qəbul edilməsinə təsir göstərmişdir. Nəticədə dövlət orqanlarının resurslarından və səlahiyyətlərindən qanunsuz məqsədlər üçün istifadə edilməsinə zəmin yaradılmış, dövlətin vəsait və imkanlarına zərər vurulmuşdur. Hesab edirik ki, bu şəxslərin fəaliyyəti nəticəsində dövlət əmlakının və maliyyə vəsaitlərinin qanunsuz mənimsənilməsi, vəzifəli şəxslərin etimadından sui-istifadə edilməsi və dövlət maraqlarına zidd hərəkətlərə yol verilməsi halları da hərtərəfli araşdırılmalı, həmin əməllərin hüquqi qiyməti verilməli və təqsirkar şəxslər qanunvericiliyə uyğun məsuliyyətə cəlb edilməlidirlər.
Yazıb Sizdən xahiş edirəm, oğlum Aqil Babayevin günahsız olmasına dair sübutların və ümumiyyətlə onun işinin qərəzsiz araşdırlmasına və oğluma qarşı cinayət törətmiş mütəşəkkil dəstənin ifşa olunaraq məsuliyyətə cəlb olunamasınadəstək olasınız.





















