Maşını elektrik dirəyinə çırpan sürücünü tok vurub öldürdü
Beyləqanda ölümlə nəticələnən avtomobil qəzası olub. Mediaxeberleri.Az Report-a istinadla xəbər verir ki, hadisə Təzəkənd kəndində baş verib. Rayonun Bolsulu kənd sakini Məhəmməd Səfərəliyev VAZ-2107 markalı avtomobilə idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı elektirik dirəyinə çırpılıb. Bu zaman elektirik dirəyi aşaraq avtomobilin üzərinə düşüb. Sürücü avtomobildən çıxmaq istəyəndə onu elektrik cərəyanı vuraraq öldürüb. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 25
Xəbəri paylaş
Paylaş:





















