Miqrantları daşıyan qayıq batdı: 109 ölü
Cibuti sahillərində 350 qeyri-qanuni miqrantı daşıyan qayıq batıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb. Məlumata görə, qayığın batması nəticəsində 15-i uşaq olmaqla, ümumilikdə 109 nəfər həyatını itirib, 116 nəfər isə itkin düşüb. Yəmənə doğru yola çıxan qayıqdan 80 nəfər xilas edilib və sağ qalanların hamısının Efiopiya vətəndaşı olduğu açıqlanıb.
Oxunub: 27
Xəbəri paylaş
Paylaş:





















