Ermənistan bu ölkələr üçün viza qaydalarını dəyişdi
Ermənistanda Hindistan, İraq və Misir vətəndaşlarının elektron viza alması asanlaşdırılıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə müvafiq qərar Ermənistan hökumətinin 8 oktyabrda keçirilən iclasında qəbul edilib. Xüsusilə, qeyd olunan ölkələrin vətəndaşları üçün 2024-cü ildə tətbiq edilən və elektron viza almaq üçün turist sığortası və digər sənədlərin təqdim olunmasını nəzərdə tutan əlavə tələblər ləğv edilib. Qeyd olunub ki, əvvəllər tətbiq edilən əlavə tələblər Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş viza güzəştlərinin hərtərəfli tətbiqinə mane ola bilər. Qərarın qəbul edilməsi COP17 konfransında və onunla əlaqədar tədbirlərdə iştirak etmək üçün oktyabrın 8-dən 30-dək Ermənistana gələn xarici vətəndaşların (viza rejiminin tətbiq olunduğu şəxslər) dövlət rüsumundan azad edilməsini təmin edəcək.





















