İranda silahlı qarşıdurma: ölənlər var
İran polis qüvvələri ötən gün Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində əməliyyat keçirib. Mediaxeberleri.Az xəbər verir ki, bu haqda yerli media məlumat yayıb. Məlumata görə, əməliyyat silahlıların girov götürdükləri şəxsi azad etmək məqsədilə həyata keçirilib. Şəhərin Hesaruiyyə bölgəsində iki saat davam edən atışmadan sonra iki silahlı öldürülüb, girov xilas edilib. Öldürülən silahlıların və girovun kimliyi barədə açıqlama verilməyib.
Oxunub: 24
Xəbəri paylaş
Paylaş:





















