Əməkdar jurnalist vəfat etdi - FOTO
Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) ötən gecə vəfat edib. Bu barədə jurnalistin yaxınları məlumat veriblər. T. Qasımova bir neçə il idi onkoloji xəstəlikdən əziyyət çəkirdi. Həmkarlarının verdiyi məlumata görə, T. Qasımova (Nurani) bu gün Köhnə Yasamal qəbiristanlığında dəfn ediləcək. Vida mərasimi “Təzə Pir” məscidində olacaq. Qeyd edək ki, 1970-ci il təvəllüdlü Tofiqəxanım Qasımova orta məktəbi qızıl medalla, Azərbaycan Tibb Universitetini isə fərqlənmə diplomu ilə bitirib. Son illərdə Tofiqəxanım Qasımova Minval.az və “Minval Politika” xəbər portalında redaktor, həmçinin əsas siyasi şərhçilərdən biri kimi fəaliyyətini davam etdirib.

Oxunub: 28
Xəbəri paylaş
Paylaş:





















