Zabratda kanalizasiya suyu stadiona axır - VİDEO
Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən istifadəsiz stadionun ərazisinə kanalizasiya sularının axdığı iddia olunur. Məlumata görə, kanalizasiya xəttindən axan çirkab su uzun müddətdir stadionun ərazisində toplanaraq ətrafda antisanitar vəziyyət yaradır. Sakinlərin sözlərinə görə, xüsusilə isti havalarda kəskin üfunət iyi dözülməz olur: "Gəlib suyu çəksinlər, qoxudan azad olaq. Əsas problem kanalizasiya suyudur". Sakinlər qeyd ediblər ki, sözügedən stadion uzun müddətdir istifadə olunmur. Onların sözlərinə görə, ərazi baxımsız vəziyyətdə qalıb və kanalizasiya sularının toplanması problemi getdikcə daha da dərinləşdirir. Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Oxunub: 37
Xəbəri paylaş
Paylaş:





















