Qazaxda faciə - ata və qızı göldə batdı - VİDEO
Qazaxda iki nəfər göldə batıb. Mediaxeberleri.Az-ın məlumatına görə, hadisə rayonun Didvan gölündə qeydə alınıb. Canallı kənd sakinləri - Rafael Xəlilov və onun qızı Rəvanə Xəlilova göldə batıb. Yaxılnlarının verdiyi məlumata görə, Rafael Xəlilov 4 uşağı ilə birlikdə yaxınlıqda olan gölə istirahətə gediblər. Ancaq bədbəxt hadisə nəticəsində o özü və böyük qızı göldə boğulublar. Bildirildi ki, gölə birinci ailənin ən kiçik övladı düşüb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub, batan şəxslərin meyitləri göldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxunub: 67
Xəbəri paylaş
Paylaş:





















