Bakıda itkin düşən azyaşlı bacı-qardaş tapıldı
Bakıda azyaşlı bacı-qardaş itkin düşüb. Mediaxeberleri.Az xəbər verir ki, Xətai rayonu, Zığ şosesi, 22 ünvanında yaşayan azyaşlılar – 2015-ci il təvəllüdlü İbrahim Məhəmməd oğlu Abbasov və 2018-ci il təvəllüdlü Sədaqət Məhəmməd qızı Abbasova evdən çıxıb geri qayıtmayıblar. Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır. *** Bakıda ötən gün itkin düşən bacı-qardaş polis əməkdaşları tərəfindən tapılıb. Mediaxeberleri.Az xəbər verir ki, itkin düşmə kimi axtarışa elan edilən iki azyaşlı polis əməkdaşları tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Oxunub: 32
Xəbəri paylaş
Paylaş:





















