Bakıda güclü partlayış: 16 yaşlı yeniyetmə öldü
Bakı şəhəri, Yasamal rayonunda yerləşən yaşayış evində partlayış baş verib. Bu barədə Mediaxeberleri.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, ikimərtəbəli yaşayış evinin birinci mərtəbəsində yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub. Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 250kv.m. olan evin birinci mərtəbəsində yerləşən iki otağın yanar konstruksiyaları 50kv.m. sahədə yanıb. Hadisə nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, xilasedicilər tərəfindən 2010-cu il təvəllüdlü vətəndaşın meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.





















