İstanbulda cinayətkar dəstənin 7 üzvü saxlanıldı
Türkiyənin İstanbul Baş Polis İdarəsi (BPİ) mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə İstanbul BPİ məlumat yayıb. Bildirilib ki, müxtəlif vaxtlarda hədə-qorxu gəldiyi müəyyən edilən şübhəlilərə qarşı keçirilən əməliyyatda 7 şəxs saxlanılıb. Qeyd edilib ki, cinayətkar dəstənin bütün üzvləri ifşa olunacaq və onlara qarşı mübarizə davam etdiriləcək.
Oxunub: 29
Xəbəri paylaş
Paylaş:





















