Türkiyədə mədən qəzası: ölənlərin sayı 5-ə qalxdı
Türkiyənin Manisa əyalətinin Soma bölgəsində mədəndə baş verən uçqun nəticəsində həlak olan mədənçilərin sayı 5-ə qalxıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraqdar bildirib. Dağıntılar altında cəmi 7 nəfər qalıb. İki nəfər sağ çıxarılıb: onlardan biri xəstəxanadadır, digəri isə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Qeyd edək ki, qəza 1 oktyabrda baş verib. Qəzanın səbəbi hələlik məlum deyil. Hadisədən sonra mədənin baş meneceri də daxil olmaqla, doqquz nəfər həbs edilib.
Oxunub: 28
Xəbəri paylaş
Paylaş:





















