Fərhad Gündoğdu həbs edildi
Bir müddət əvvəl saxlanılan Türkiyə Futbol Federasiyası (TFF) Mərkəzi Hakim Komitəsinin sədri Fərhad Gündoğdu barədə həbs qərarı verilib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bundan başqa, TFF-nin Hakimlər Assosiasiyasının fəaliyyətdə olan prezidenti Fərdi Karadoruk, Mərkəzi Hakimlər Komitəsinin keçmiş üzvü Yunis Yıldırım, TFF Hakimlər və Müşahidəçilər Assosiasiyasının İstanbul şöbəsinin təşkilatçılıq üzrə koordinatoru Əlican Sağlar, TFF Hakimlər və Müşahidəçilər Assosiasiyasının İstanbul Vilayət Hakimlik Komitəsinin sədri Əmrə Kosif barəsində də həbs qətimkan tədbiri seçilib. TFF Mərkəzi Hakimlər Komitəsinin keçmiş sədr müavini Əhməd Şahin və TFF-nin təlim və 4-cü bölgə üzrə koordinatoru Səbahəddin Şahin ölkədən çıxışa qadağa qoyulmaqla sərbəst buraxılıblar.





















