Rusiyalı general həbs edildi
Rusiya Hərbi Məhkəməsi Leninqrad Hərbi Dairəsinin 44-cü Ordu Korpusunun keçmiş komandiri, general-mayor Aleksandr Dembitskini həbs edib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Məlumata görə, ona “Yastreb” özəl hərbi şirkəti ilə bağlı dələduzluq işi üzrə ittiham irəli sürülüb: “İstintaq generalı hərbi qulluqçulara ödənilən vəsaitlərlə bağlı dələduzluq sxeminin təşkilatçısı hesab edib. İş üzrə 89 hərbçi zərərçəkmiş kimi tanınıb”.
Oxunub: 33
Xəbəri paylaş
Paylaş:





















