Kiyevdə matəm günüdür - Ölənlərin sayı 30-a çatıb
2 iyul gecəsi Rusiyanın Kiyevə endirdiyi raket və PUA zərbələri nəticəsində ölənlərin sayı 30-a çatıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb. Qurumun açıqlamasına görə, Kiyevin Darnitski rayonunda vurulmuş yaşayış binasının dağıntıları altından daha üç cəsəd çıxarılıb və bununla da ölənlərin sayı 30-a çatıb. Ukrayna hava hücumundan müdafiə qüvvələri son hücum zamanı atılan 571 PUA və raketdən 524-nü məhv edib, lakin 25 ballistik raket və 12 PUA hədəfləri vurub. Rusiya əsasən Kiyevi hədəf alıb. Artıq 30 nəfərin öldüyü və təxminən 90 nəfərin yaralandığı bildirilir. Bu səbəbdən 3 iyul Kiyevdə matəm günü elan edilib. Qeyd edək ki, Prezident Volodimir Zelenski Rusiaynın bu hücumuna cavab veriləcəyini bəyan edib.





















