Qazaxda faciə: 14 yaşlı uşaq göldə boğularaq həyatını itirib
Qazaxda bir nəfər çayda batıb. Mediaxeberleri.Az xəbər verir ki, hadisə Bala Çaylı kəndi ərazisində qeydə alınıb. Qazax rayonunun Çaylı kənd sakini, 2012 ci il təvəllüdlü Sadıqov Murad Mehdi oğlu yaşadığı kəndin ərazisindən axan coğaz çayının ətrafında yaranmış su gölündə çimmək istəyərkən suda batmışdı. Əraziyə rayon Hüquq mühafizə orqanlarının və FHN - nin əməkdaşlari cəlb olunmuşdur. 1 saat davam edən axtarışlardan sonra kənd sakinlərinin, FHN - nin və Polis əməkdaşlarinin axtarışları nəticəsində meyit sudan çıxarılmışdır. Meyit ərazidən təcili və təxirəsalınmaz avtomobillə götürülmüş və aidiyyəti üzrə təhvil verilmişdir.


Oxunub: 85
Xəbəri paylaş
Paylaş:





















