"Sabah" Rumıniya komandası ilə qarşılaşdı
Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışında olan “Sabah” bu gün ilk yoxlama matçına çıxıb Mediaxeberleri.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Paytaxt təmsilçisi Rumıniyanın “Universitatya Krayova” klubu ilə qarşılaşıb. Matç 1-1 hesablı heç-heçə ilə yekunlaşıb. Qeyd edək ki, növbəti yoxlama matçları çərçivəsində “Sabah” iyunun 28-də Macarıstanın “Ferentsvaroş”, iyulun 2-də isə Ukraynanın “Polissya” komandaları ilə qarşılaşacaq.
Oxunub: 33
Xəbəri paylaş
Paylaş:





















