Rus ordusu Ukraynanın yanacaq obyektlərini vurdu
Rusiya ordusu üç vilayətdə yerləşən "Ukrnafta" yanacaqdoldurma məntəqələrinə və “Naftoqaz”ın Poltava vilayətindəki obyektlərinə zərbələr endirib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə "Naftoqaz Ukraina" şirkətinin İdarə Heyətinin sədri Sergey Koretski bildirib. Hücum nəticəsində Zaporojye, Nikolayev və Dnepropetrovsk vilayətlərindəki "Ukrnafta" yanacaqdoldurma məntəqələri zərər görüb. "Geran" tipli pilotsuz uçuş aparatlarının hücumu nəticəsində yanacaqdoldurma məntəqələrindən biri fəaliyyətini dayandırıb.
Oxunub: 30
Xəbəri paylaş
Paylaş:





















