AZAL-ın aldığı yeni təyyarənin təqdimat mərasimi keçirilir
Azərbaycan Hava Yollarının (AZAL) donanmasına daxil edilən ilk “Airbus A321neo” təyyarəsinin təqdimat və təhvil tədbirləri hazırda Almaniyanın Hamburq şəhərində keçirilir. Mediaxeberleri.Az Teleqraf-a istinadla xəbər verir ki, tədbir “Airbus”, AZAL və “AerCap” şirkətlərinin birgə təşkilatçılığı ilə baş tutub. Mərasimdə Azərbaycan Hava Yollarının rəhbər şəxsləri, “Airbus” konserninin rəhbərliyi, “AerCap” şirkətinin nümayəndələri, eləcə də müxtəlif ölkələrdən dəvət olunmuş media təmsilçiləri iştirak edirlər. Tədbir çərçivəsində AZAL-ın ilk “Airbus A321neo” təyyarəsi təqdim olunub, onun texniki xüsusiyyətləri və istismar imkanları barədə məlumat verilib. Daha sonra təyyarənin milli aviadaşıyıcıya rəsmi təhvil verilməsi mərasimi baş tutacaq. Qeyd edək ki, “Airbus A321neo” yeni nəsil mühərrikləri, yüksək yanacaq səmərəliliyi və sərnişin komfortu ilə seçilən müasir hava gəmilərindən biridir. Təyyarənin AZAL-ın donanmasının modernləşdirilməsi və marşrut şəbəkəsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı bildirilir.





















