Bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
Xırdalan şəhərinin bir hissəsində qaz təchizatında fasilələr yaranacaq. Axar.az xəbər verir ki, bu barədə Sumqayıt Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar 24.06.2026-cı il tarixində saat 09:00-dan işlər yekunlaşanadək Xırdalan şəhərinin Mehdi Hüseynzadə, Cabir Novruz, Əhməd Cavad, Cəbrayıl Hüseynov, Firudin Köçərli, Rəşid Behbudov küçələrinin, Quşçuluq massivinin və "Mexkalon" ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxunub: 32
Xəbəri paylaş
Paylaş:





















