Motosikletdə övladını təhlükəyə atan sürücü saxlanıldı
Paytaxt ərazisində motosiklet idarə edən sürücünün azyaşlı övladını təhlükəli şəkildə daşıması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb. Medıaxeberlerı.az-ın Oxu.az-a istinadən məlumatına görə, araşdırmalar nəticəsində həmin motosikletin 99-R-408 dövlət qeydiyyat nişanlı olduğu və sürücünün 1990-cı il təvəllüdlü şəxs olduğu müəyyən edilib. Sürücü polis əməkdaşları tərəfindən saxlanılıb. Onun hərəkətləri ilə bağlı hüquqi məsuliyyət tədbirləri görülür.
Oxunub: 33
Xəbəri paylaş
Paylaş:





















