İtkin düşən əmioğlular tapıldı
Ağcabədi rayonunda iki yeniyetmə itkin düşüb. Medıaxeberlerı.az APA-ya istinadla xəbər verir ki, rayonun Hüsülü kənd sakinləri, Anar Məmmədov və əmisi oğlu Kamal Məhərrəmli iyunun 22-də evdən çıxaraq naməlum istiqamətdə gediblər və geri qayıtmayıblar. Hər iki yeniyetmənin 16 yaşı olduğu qeyd olunur. Ailələri onların itkin düşməsi barədə aidiyyəti üzrə müraciət edib. Yeniyetmələrin tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilir. *** Ağcabədi rayonunun Hüsülü kənd sakinləri Anar Məmmədov və Kamal Məhərrəmli Bakı şəhərinin Xəzər rayonunun Binə qəsəbəsində tapılıb. Yeniyetmələr ailələrinə təhvil verilib. Onların vəziyyətinin yaxşı olduğu bildirilir.
Oxunub: 35
Xəbəri paylaş
Paylaş:





















