Qardaşının evinə qonaq gedən gənc qız faciəvi şəkildə öldü
Bakıda qardaşıgilə qonaq gələn 24 yaşlı gənc qız ehtiyatsızlıqdan 8-ci mərtəbədən yıxılaraq ölüb. Medıaxeberlerı.az Report-a istinadla xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb. 2002-ci il təvəllüdlü Ə.Q qonaq olduğu qardaşının G.Mehmandarov küçəsində yerləşən 8-ci mərtəbədəki mənzilindən ehtiyatsızlıqdan yıxılaraq ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
Oxunub: 29
Xəbəri paylaş
Paylaş:





















