Zəncanda 65 nəfər casusluqda ittiham edildi
İranın Zəncan əyalətində 65 nəfərə qarşı "İsrail və ABŞ-ın xeyrinə casusluq" ittihamı irəli sürülüb. Medıaxeberlerı.az xəbər verir ki, bu barədə əyalətin baş hakimi Əli Fərəci Bərhəq bildirib. Onun sözlərinə görə, həmin şəxslərdən 14-nün əmlak və aktivlərinin müsadirə olunması barədə qərar çıxarılıb. Bərhəq müharibə başlayandan bu günə kimi Zəncan əyalətində ümumilikdə 92 nəfərin casusluq ittihamına görə saxlanıldığını qeyd edib.
Oxunub: 34
Xəbəri paylaş
Paylaş:





















