"Qarabağ" Bədavi ilə bağlı qərarını verdi
"Qarabağ" futbolçusu Bədavi Hüseynovla müqavilə müddətini uzadıb. Medıaxeberlerı.az Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi ilə yeni 1 illik sözləşmə imzalanıb. Bədavi Hüseynov 2027-ci ilin yayına qədər komandanın uğurları üçün mübarizə aparacaq. 2012-ci ildən "Qarabağ"ın formasını geyinən Hüseynov bu komandanın heyətində Premyer Liqada meydana çıxdığı 267 oyunda 5 qol vurub. Qeyd edək ki, o, "Qarabağ"la 11 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub, millidə 82 matçda 1 dəfə fərqlənib.
Oxunub: 38
Xəbəri paylaş
Paylaş:





















