ABŞ imzala dedi, biz də imzaladıq - Pezeşkian
İranla ABŞ arasında imzalanmış Anlaşma Memorandumunun bütün müddəaları bizim xeyrimizədir və bu danışıqların nailiyyətləri özünü göstərəcək. Medıaxeberlerı.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib. “Qətərdə saxlanılan 6 milyard dollarlıq vəsaitimiz geri qaytarılacaq. Netanyahu bu danışıqlardan narazı qalan ilk tərəfdir. ABŞ-ın yalnız bir narahatlığı var: nüvə silahına sahib olmamağımız. Mərhum liderin də dəfələrlə qeyd etdiyi bir şey var - nüvə bombası istəmirik. Amerikalılar dedilər ki, bunu yazılı şəkildə qeyd edin və imzalayın. Biz də imzaladıq”, - o bildirib.
Oxunub: 32
Xəbəri paylaş
Paylaş:





















