"Qarabağ"ın oyununda yeddi qol vuruldu
Yeni mövsümə hazırlıqlarını davam etdirən “Qarabağ” və “Zirə” komandaları yoxlama oyununda üz-üzə gəlib. Medıaxeberlerı.az xəbər verir ki, “Azərsun Arena”nın məşq meydançasında təşkil edilən görüşdə kollektivlər 30 dəqiqəlik 4 hissə oynayıblar. Matç Qurban Qurbanovun komandasının 4-3 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam klubu yeni mövsümə Avstriyanın Tirol əyalətində, “Zirə” isə Türkiyənin Bolu şəhərində hazırlaşacaq.
Oxunub: 31
Xəbəri paylaş
Paylaş:





















