Sumqayıtda yaşayış binasında partlayış: yaralılar var - Foto
Mediaxeberleri.Az Report-a istinadən xəbər verir ki, hadisə 42-cı məhəllədə yerləşən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində baş verib. İlkin məlumata görə, partlayış nəticəsində xəsarət alanlar var. Hadisə yerinə təcili tibbi yardım briqadaları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür. Faktla bağlı araşdırma aparılır, partlayışın başvermə səbəbləri müəyyənləşdirilir.
Sumqayıt şəhərində partlayış hadisəsi qeydə alınıb.
Oxunub: 33
Xəbəri paylaş
Paylaş:





















