"Xocəsən gölü"daşdı - Evlər suyun içində - VİDEO
Göl daşıb, həyətləri su basıb... Ərazidə anti-sanitar vəziyyət hökm sürür... Paytaxtın Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisində yerləşən "Xocəsən gölü"nün həcmi artaraq daşıb. Nəticədə gölün ətrafında yerləşən bir sıra evlər və həyətlər suya qərq olub. Sakinlər iddia edirlər ki, "Xocəsən gölü"nün qabağı tutulduğundan, yağış suları gölün səviyyəsini artırır. Məsələ ilə bağlı Xocəsən Bələdiyyəsində "Xəzər Xəbər"ə bildirildi ki, gölün suyunun səviyyəsinin artma səbəbi Lökbatan gölü istiqamətinda axan xəttin həcminin kiçik olmasıdır. Bu səbəbdən də suyu tam ötürə bilmir. Məsələnin köklü surətdə həll olunması isə, dövlət su Ehtiyyatlları Agentliyinin müvafiq qurumları Şıxov istiqamətinə yeraltı tunal vasitəsi ilə kanalizasiya xətti çəkirlər. Sahil qəsəbəsi ərazisində təmizləyici qurğu quraşdırılır. Bu qurğular vasitəsi ilə "Xocəsən gölü" və "Lökbatan gölü" nün çirkab suyu təmizlənərək, Xəzər dənizinə töküləcək. Xocəsən ərazisində aparılan tikintinin isə gölə heç bir aidiyyatı olmadığı bildirildi. Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik. 





















